Geri Ana Sayfa İleri

   
  AZERBAYCAN
  Haberler
 

<<<<<<<<<<<>>>>>>>>>>>>>
H-O-S-T tarih 29.07.2010, 08:33 (UTC)
 Rusiyada cari ilin 1 mart tarixindən avtobuslarda təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı cəzalar sərtləşdirilib. Bu dəfə Dövlət Avtomobil İnspeksiyası diqqətini şəhərlərarası avtobuslara yönəldib. Bu avtobuslarda təhlükəsizlik kəmərini həm sürücü, həm də sərnişinlər bağlamalıdır. Bu qaydanı pozan sürücü 500 rubl məbləğində cərimə ödəməli olacaq. Eyni məbləğ avtobusun təhlükəsizlik kəmərləri olmadığı halda (hətta istehsalçı tərəfindən kəmərlər nəzərdə tutulmayanda da) şəhərlərarası marşruta çıxdığına görə nəzərdə tutulmuşdur. Əgər təhlükəsizlik kəməri olan avtobuslarda sərnişin kəmərdən istifadə etmirsə, onda 200 rubl məbləğində cəriməni sərnişin ödəməli
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> Böyük Britaniya hökuməti elektriklə qidalanan avtomobil alan hər bir Britaniya sakinini dəstəkləmək məqsədi ilə 5 min funt sterlinq (7,6 min dollar) məbləğində pul yardımı etmək qərarına gəlib. Bu proqramın reallaşdırılmasının 2011-ci ildən başlanması planlaşdırılır. Bütünlükdə Britaniya elektrik avtomobili sahiblərinə yardım məqsədilə 30 mln. funt sterlinq ayırmağı planlaşdırır.
Eyni zamanda 2011-ci ildə bu ölkədə ekoloji cəhətdən təmiz olan maşınların sahibləri üçün infrastrukturun formalaşdırılması gözlənilir. Belə ki, böyük avtodayanacaqlarda avtomobillərin yüksək gərginlikli şəbəkədən elektrik enerjisi ilə qidalandırilması üçün xüsusi doldurma stansiyaları quraşdırılacaq.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Sükan arxasında SMS yazmağın çox təhlükəli olması alimlər tərəfindən artıq dəfələrlə sübut edilmişdir. Belə ki, sürücünün diqqətinin yayılması nəticəsində acınacaqlı hadisələr baş verə bilir. Klemson universitetinin mütəxəssisləri ünsiyyətcil sürücülərə kömək etmək qərarına gəliblər.

Onlar özü mətni yığan və sürücünün əvəzinə SMS göndərən yeni cihazı icad etmişlər. Cihazın istifadəsi çox asandır. Belə ki, Bluetooth və ya akustik sistem vasitəsi ilə sürücü mətni diktə edir, xüsusi modul həmin səsləri müəyyən edir və hərf şəklində mobil telefonun ekranında qeyd edir. Sonra tərtib olunmuş ismarıc səs əmri vasitəsi ilə ünvanlandığı şəxsə göndərilir.

Klemson universitetinin mütəxəssisləri VoiceTEXT adlanan cihazın satışa çıxaracaqlarını vurğulasalar da, lakin cihazın nə vaxt və neçəyə olacağını söyləməyiblər.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Şimal qütbü zonası atmosferində İslandiya üzərində peykdən aparılan müşahidə nəticəsində toz buludları aşkar edilmişdir. Mayami universitetinin alimləri toz hissəciklərinin yüksək qatılığına malik buludların yaranma mənbəsi kimi buzlaqların əriməsi nəticəsində üzdə qalan torpaq sahələrini göstərmişlər. Onlar əmindilər ki, məhz bu toz hissəcikləri sonra şəhərlərdə çökür. Buna son zamanlar Karib dənizi və ABŞ-ın cənub-şərqi ərazisində 2,5 mikrondan kiçik toz hissəciklərinin sanitar normadan artıq olmasına tez-tez rast gəlməsi misal ola bilər.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Ekoloqların problem mənbələrindən biri olan tərkibində bisfenol A olan pastik polikarbonatlardır. Polikarbonat – vintaçanların (otvyortka) dəstəyi, linza, DVD və kompakt disklərin hazırlanmasında istifadə olunan bərk möhkəmliyə malik plastmasdır. Bəzi alimlər bisfenolun sağlamlığa mənfi təsirə malik olduğunu fərz edirlər. Bu cür plastik tullantıların emal edilməsi də ətraf mühitə ziyansız ötüşmür. Tədqiqatçılar polikarbonatı ultrabənövşəyi şüalar altında və yüksək temperatur şəraitində tədqiq etmişlər. Sonra həmin cismə ekologiyaya daha mürəkkəb çirkləndiricilərin təsirinin azaldılmasında istifadə edilən ağ çürüntü (şəkildə göstərmişdir) və digər 2 göbələyin necə təsir etməsini öyrənmişdilər.
Məlum olmuşdur ki, göbələklər bisfenolu enerji mənbəsi kimi istifadə etməklə plastmasın parçalanmasına gətirib çıxarırlar. 12 ay keçdikdən sonra plastmasdan heç bir əlamət qalmamış və bu zaman ətraf mühitə bisfenol kimi mənfi komponent atılmamışdır
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
“Aerogel” adlanan gil və plastikdən hazırlanmış ultrayüngül olan süngər suyun tərkibindəki nefti çəkib çıxarmaq qabiliyyətinə malikdir. Belə ki, süngərin materialı və hopan neft arasında heç bir kimyəvi reaksiya getmədiyindən hopmuş neft yenidən istifadə üçün yararlıdır. Yəni əgər neftin tərkibində heç bir qarışıq yoxdursa, onda onu yenidən istifadə etmək mümkündür.

Yeni materialı icad etmiş alimlər güman edirlər ki, bu material müxtəlif növ kimyəvi çirklənmələri hər hansı bir ekoloji mühitdə özünə hopdura bilər. Süngər müxtəlif formada hazırlana bilər: dənəvərlənmiş formada, vərəq və ya blok şəklində. Onun effektivliyi nəinki təmiz hətta dəniz suyunda müəyyən olunmuşdur.

Aerogel 2% polimerdən, 2% gildən və qalan 96% havadan ibarətdir.


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 

<-Geri

 1 

Devam->

 
  Bugün 9 ziyaretçi (14 klik) kişi burdaydı!